Fransada sürət qatarı hərbi konvoy ilə toqquşub

SlIK2hilgHIikhFzz0RbVgjGXFthrmTxATKbsJIh_1200

Fransanın Noe-le-Min şəhəri yaxınlığında yüksək sürət qatarı quru qoşunlarının hərbi konvoyu ilə toqquşub. Bölgədə qatarların hərəkəti dayandırılıb.

Xia.az -ın xəbərinə görə, bu barədə “BFM TV” telekanalı məlumat verib.

Yük maşınının hərbi avtomobillər daşıdığı bildirilir.

Eyni zamanda, qatarda 350 sərnişin olub. İlkin məlumata görə, 27 nəfər xəsarət alıb. Yük maşınının sürücüsü isə kabinədə sıxılıb qalıb və həyatını itirib.

Hazırda Betyun və Len arasında qatarların hərəkəti günün sonuna qədər dayandırılıb. Bundan əlavə, Lill-Betyun, Lill-Lans və Lill-Due dəmiryolu xətləri də elektrik kəsilməsi səbəbindən işləmir.