Nizami Kino Mərkəzinin divarları əvvəlki görkəminə qaytarıldı

1ydtbNeG5kIiCYZWc6823znEjmu3HuDFIMPEQ4EB_1200

Bakının mərkəzində yerləşən Nizami Kino Mərkəzinin divarlarında qraffiti adı altında edilən cızma-qaraların aradan qaldırılması və tarixi binanın əvvəlki görkəminin bərpası istiqamətində aparılan işlər yekunlaşıb.

Bu barədə Xia.az -ın sorğusuna cavab olaraq Bakı Abadlıq Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, artıq bina əvvəlki vəziyyətinə qaytarılıb.