Gürcüstanda 2 Azərbaycanlı dələduzluqla həbs edilib
Gürcüstanın Marneuli bölgəsində polis iki Azərbaycan vətəndaşını dələduzluq ittihamı ilə həbs edib.
Marneulifm.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən məlumat verilib.Məlumata görə, 1983-cü və 1987-ci il təvəllüdlü şəxslər (A.M. və İ.M.) Marneuli bələdiyyəsi sakinindən qızıl zinət əşyalarını dələduzluq yolu ilə əldə ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları hər iki şəxsi həbs ediblər.Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 1-ci hissəsi ilə araşdırma aparılır ki, bu maddə dörd ilə qədər həbs cəzasını nəzərdə tutur.

