Oğuzda 30 ədəd qızılağac kəsilib, şübhəli şəxs saxlanılıb
Oğuz rayonunda ağacların kəsilməsinə görə cinayət işi başlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Xia.az-a verilən məlumata görə, Oğuz rayonunun Xaçmazqışlaq kəndi ərazisində 30 ədəd qızılağac ağacının kəsilməsi və təbiətə 6 400 manata yaxın maddi ziyan vurulması ilə bağlı istintaq araşdırmaları aparılır.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən Xaçmaz kənd sakini, 34 yaşlı Cəsur Məmmədli saxlanılıb.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
