Tərtərdə iki qadın DÖNƏRDƏN ZƏHƏRLƏNDİ

dönər_1200

Tərtər rayonunda iki nəfər dönərdən zəhərlənib.

Xia.az -ın məlumatına görə, hadisə aprelin 10-da qeydə alınıb. Tərtər şəhər sakinləri – 1999-cu il təvəllüdlü Şəfaqət İslam qızı Paşayeva və 1983-cü il təvəllüdlü Nuranə Ədalət qızı Məmmədova qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətiriliblər.

Məlumata görə, hər iki şəxs şəhər ərazisindəki dönərxanaların birindən dönər alıb yeyib, bir müddətdən sonra vəziyyətləri pisləşib.

Faktla bağlı araşdırma aparılır.