Atəşkəsdən sonra Hörmüz boğazından ilk supertankerlər keçib
Yaxın Şərqdə atəşkəsdən sonra ilk dəfə üç neft supertankeri Hörmüz boğazından keçib.
Xia.az “Reuters”ə istinadən xəbər verir ki, söhbət “Serifos”, “Cospearl Lake” və “He Rong Hai” tankerlərindən gedir.
Məlumata görə, hər biri 2 milyon barelədək neft daşıya bilən bu gəmilərdən biri Səudiyyə Ərəbistanı və BƏƏ-dən neft apararaq Malayziyaya istiqamətlənib. Digər tankerlər isə İran və Səudiyyə Ərəbistanı neftini daşıyır.