Şəkər sevənlərə pis xəbər
Şəkər və şirin içkilərin tez-tez qəbulu depressiya və təşviş riskini artıra bilər.
Xia.az xəbər verir ki, bu nəticə “Health Science Reports” jurnalında dərc olunan araşdırmada qeyd olunub.
Məlumata görə, 377 nəfər üzərində aparılan təhlil göstərib ki, şəkər istehlakı artdıqca psixoloji problemlərlə üzləşmə ehtimalı da yüksəlir.
Bildirilib ki, şəkər orqanizmdə iltihabi prosesləri gücləndirə və beyin fəaliyyətinə mənfi təsir göstərə bilər.
Həmçinin qeyd olunur ki, şəkər qəbulunun azaldılması psixi sağlamlığa müsbət təsir edir.