ABŞ və İran arasında danışıqların üçüncü raundu başa çatdı
İran və ABŞ nümayəndə heyətləri arasında Pakistan vasitəçilərinin iştirakı ilə İslamabadda keçirilən danışıqların üçüncü raundu başa çatıb.
Xia.az xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb.
Qeyd olunub ki, tərəflər qaldırılan məsələlərin yekunları üzrə yazılı protokollar mübadiləsi aparırlar.
“Görüşlər 14 saatdan sonra başa çatıb. Mövcud fikir ayrılıqlarına baxmayaraq, danışıqlar davam etdiriləcək”, – məlumatda deyilir.
İran və ABŞ nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu İslamabadda Pakistanın vasitəçiliyi ilə başlayıb.
Xia.az xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb.
Bu mərhələ tərəflər üçün bir sıra məsələlər üzrə razılığa gəlmək baxımından “son şans” hesab olunur.
Danışıqlarda İran tərəfdən Məhəmməd Baqir Qalibaf, Abbas Əraqçı və Əli Baqeri, ABŞ tərəfdən isə Cey. Di. Vens., Stiv Uitkoff və Cared Kuşner iştirak edirlər.