Mərkəzi prospektdə qoşa xəttin tələbini pozan "Gelandewagen" sürücüsü SAXLANILDI - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Mərkəzi prospektdə qoşa xəttin tələbini pozan “Gelandewagen” sürücüsü SAXLANILDI

“Bakının Neftçilər prospektində qaydaların ziddinə gedən “Mercedes-Benz Gelandewagen” avtomobilinin sürücüsü saxlanılıb”.

Bu məlumatı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli verib.

O qeyd edib ki, Azneft dairəsi istiqamətində yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla yanaşı, onu çəkib sosial şəbəkə hesabında paylaşan 90-TH-222 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün avtomobili idarəetmə hüququ altı ay müddətinə məhdudlaşdırılıb.

“Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.4-cü (əks istiqamətli hərəkət zolağına çıxaraq nəqliyyat axınına qarşı hərəkət etmə) və 327.7-ci (il ərzində 20 və daha artıq bal toplanmaqla sürücülük hüququnun məhdudlaşdırılması) maddələri əsasında protokol tərtib olunub. Nəqliyyat vasitəsi duracağa yerləşdirilib”,- deyə T.Nəsirli bildirib.

Xatırladaq ki, ötən gün “Mercedes-Benz Gelandewagen” avtomobilinin sürücüsününün Neftçilər prospektində qoşa xəttin tələbini pozması və həmin qayda pozuntusunu öz sosial hesabında paylaşması barədə məlumat vermişdik.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?