Nigeriyada bazara hava zərbəsi endirilib, yüzlərlə insan ölüb

tWxDPiC7CjWKeQBr0NBo8Bcej1K7pPasUbCln0Ip_1200

Nigeriyanın şimal-şərqində bazara endirilən hava zərbəsi nəticəsində azı 200 nəfər həlak olub.

Xia.az  “Reuters”ə istinadən xəbər verir ki, hadisə “Boko Haram” qruplaşmasına qarşı əməliyyat zamanı baş verib.

Nigeriya hərbi qüvvələri Yobe və Borno ştatlarının sərhədində yerləşən Cilli kəndindəki bazara zərbə endirib.

Yerli sakinlər və humanitar təşkilat nümayəndələri məlumatı təsdiqləyib.