Pakistanda sahil mühafizəsi katerinə hücum olub, ölənlər var

DaIO1tj2ZcMQu24Cojy6960FlgHp68v6usZaNT3X_1200

Pakistan sahillərində Ərəb dənizində sahil mühafizəsinə məxsus katerə silahlı hücum edilib, nəticədə üç əməkdaş həlak olub.

Xia.az  “Reuters”ə istinadən xəbər verir ki, hadisə aprelin 12-də Pakistanla İran sərhədinə yaxın sahil zonasında baş verib.

Məlumata görə, kater planlı patrul xidməti həyata keçirərkən silahlı şəxslər tərəfindən atəşə tutulub və nəticədə göyərtədə olan üç nəfər həyatını itirib.

Hücuma görə məsuliyyəti qadağan olunmuş separatçı “Bəlucistan Azadlıq Ordusu” qruplaşması üzərinə götürüb. Qruplaşma bəyan edib ki, bu hücum onların quruda həyata keçirdiyi əməliyyatlardan sonrakı strategiyanın “yeni mərhələsi”dir.

Qeyd olunur ki, bu, Ərəb dənizində Pakistan sahil mühafizəsinə məxsus katerə ilk hücumdur. Hadisə Bəlucistan vilayətində davam edən silahlı qarşıdurma fonunda baş verib.