Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Şuşada vətəndaşlar avtomobildə köməksiz vəziyyətdə qalıblar

Posted on 29 Dekabr 202529 Dekabr 2025 By admin

Şuşa şəhərində yolların buz bağlaması səbəbindən vətəndaşlar avtomobildə köməksiz vəziyyətdə qalıblar.

Xia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən sürüşərək yol kənarında qalmış “Hyundai” markalı minik avtomobilinin hərəkəti təmin edilib və sərnişinlərinə müvafiq köməklik göstərilib.

Hadisə

Yazı naviqasiyası

Previous Post: Yevlaxda təcili yardım avtomobili piyadanı vurub öldürdü
Next Post: 20 manata görə sevgilisinə xəsarət yetirən qadına HÖKM OXUNDU
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme