Vüqar Gülməmmədov: “Maliyyə hesabatları üzrə 2 milyard manatdan çox təhrif düzəldilib”

bR1aewHU2GUgpLVwM2lEocDFWzf8IUvvKaXiyJM3_1200

“İcmal büdcədə 1 milyard manatdan çox gəlirin iki dəfə tanınması aradan qaldırılıb”.

Xia.az  xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı qurumun sədri Vüqar Gülməmmədov deyib.

O bildirib ki, büdcə hesabatları üzrə 1 milyard manatdan, maliyyə hesabatları üzrə isə 2 milyard manatdan çox təhrif düzəldilib:

“100 milyon manatdan çox tanınmayan gəlirlər dövlət büdcəsinin gəlirlərində nəzərə alınıb”.

“Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə sənədləşmə təkmilləşdirilib, hesabatlılıqda uyğunsuzluqlar aradan qaldırılıb”, – deyə Palata sədri vurğulayıb.