Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
Ağdərə rayonunun Vəngli, Çıldıran, Aşağı Oratağ, Heyvalı, Çapar və Xocalı rayonunun Daşbulaq kəndlərinə köç karvanları yola salınıb.
Xia.az “Report”a istinadən xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Ağdərənin Vəngli kəndinə 4 ailə (18 nəfər), Çıldıran kəndinə 2 ailə (5 nəfər), Aşağı Oratağ kəndinə 9 ailə (56 nəfər), Heyvalı kəndinə 3 ailə (13 nəfər), Çapar kəndinə 2 ailə (6 nəfər), Xocalının Daşbulaq kəndinə isə 1 ailə (4 nəfər) köçürülür.