İtaliya İsraillə müdafiə müqaviləsinin avtomatik yenilənməsini dayandırdı

HWwZnlk6nkzHUUY1rVcOWAb7jAsSwVH0IC9I1hng_1200

İtaliya Yaxın Şərqdəki mövcud vəziyyətlə əlaqədar olaraq İsraillə müdafiə müqaviləsinin avtomatik yenilənməsini dayandırmaq qərarına gəlib.

Xia.az-ın kp.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə İtaliyanın Baş naziri Corcia Meloni məlumat verib. Veronada keçirilən “Vinitaly” tədbiri zamanı keçirilən mətbuat brifinqində baş nazir qərarını izah edib. O bildirib ki, kabinet mövcud vəziyyəti diqqətlə nəzərdən keçirib və müqavilənin avtomatik yenilənməsinin dayandırılmasının zəruri olduğu qənaətinə gəlib.

Qeyd edək ki, İtaliya və İsrail arasında müqavilə 2003-cü ildə Parisdə imzalanıb. Müqavilə texniki məlumat mübadiləsi, kəşfiyyat və birgə silah tədarükü də daxil olmaqla hərbi əməkdaşlığı əhatə edirdi. Müqavilə hər beş ildən bir avtomatik olaraq yenilənirdi.