Ginekoloq Yeganə Əliyeva xəstədən qəbuluna gəlmədən pul tələb edir - FOTOFAKT - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Ginekoloq Yeganə Əliyeva xəstədən qəbuluna gəlmədən pul tələb edir – FOTOFAKT

“Təsəvvür edin, həkimə müraciət edirsiniz, o isə sizin sağlamlığınızla maraqlanmaq əvəzinə öncədən ödəniş tələb edir. Özü də qanunsuz formada, yəni kartdan karta köçürmə ilə”.

Xia.Az xəbər verir ki, Baku TV-nin qaynar xəttinə belə bir şikayət gəlib.

Ginekoloq Yeganə Əliyeva ona müraciət edən xəstələrdən həkim qəbulu üçün ödənişi kartdan karta köçürmə ilə göndərməyi tələb edir, həm də müayinəyə gəlməzdən bir neçə gün əvvəl.

Y.Əliyevanın çalışdığı Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalından bildirilib ki, məsələnin onlara heç bir aidiyyəti yoxdur.

Hospitalda hərbi qulluqçuların tibbi təminatı və mülki şəxslərə göstərilən xidmətlər qanunvericiliyin tələblərinə uyğun şəkildə tənzimlənir.

Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən isə qeyd olunub ki, sözügedən hal araşdırılacaq.

Qanunvericiliyə əsasən, təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1 000, ikinci dəfə 3 000, üç dəfə və daha çox yol verildikdə isə 6 000 manat maliyyə sanksiyaları tətbiq olunur.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?