“Hizbullah” İsrailin şimal bölgələrinə zərbələr endirdi

oCwIB9HMthAgbXAzxS0q2Nn9CFBGwInTT65REr1R_1200

“Hizbullah” qruplaşmasının silahlıları İsrailin Yuxarı və Qərbi Qalileyadakı yaşayış məntəqələrini intensiv raket və minaatanlarla mərmi atəşinə tutublar.

Xia.az  xəbər verir ki, bu barədə “Al-Mayadeen” telekanalı məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində Kiryat-Şmona, Metula və Nahariya şəhərləri, həmçinin Doviv, Kfar-Vradim, Misqav-Am, Mitsuva, Şavey-Sion, Şlomi və Yaara qəsəbələri hədəfə alınıb. Buraxılan raketlərin böyük qismi “Dəmir qübbə” raketdən müdafiə sistemi vasitəsilə zərərsizləşdirilib, bəziləri isə insan itkisi və dağıntı yaratmadan boş ərazilərə düşüb.