Türkiyədə məktəbdə 4 nəfəri öldürən şagirdlə bağlı ŞOK DETALLAR
Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum edən şagirdin atası Uğur Mersinli saxlanılıb.
Xia.az xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.
Məlumata görə, dəhşətli cinayəti həyata keçirən məktəblinin valideyni əvvəllər hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutub. Məktəblinin ağlagəlməz cinayəti atasının silahı ilə həyata keçirdiyi ehtimal olunur.
Xəbərdə bildirilir ki, hadisə ilə bağlı Türkiyə Baş Prokurorluğu araşdırmalara başlayıb.