Azərbaycan-Gürcüstan sərhədində 800 avtomobil növbə gözləyir
Azərbaycan-Gürcüstan sərhədindəki “Qırmızı Körpü” gömrük postunda 800 avtomobil növbə gözləyir.
Xia.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda növbədə olan yük maşınlarının sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 83, “Mazımqara” gömrük postunda 2, “Samur” gömrük postunda 235 yük maşını var.
Eyni zamanda, “Xanoba” gömrük postunda gözləyən avtomobillərin sayı isə 10-dur.
Məlumata görə, hazırda “Biləsuvar” gömrük postunda gözləyən avtomobil yoxdur.