Suraxanı və Sabunçunun bəzi ərazilərinin qaz təchizatı məhdudlaşdırılacaq

BiL0F6yTjjGKToiZAAJq2ISKtvUEX1Cn8wgP2vBw_1200

Təmir-quraşdırma işlərinin aparılması məqsədilə aprelin 16-da saat 10:00-dan etibarən Suraxanı və Sabunçu rayonlarının bəzi ərazilərinin qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq.

Xia.az  xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

“Təmir-quraşdırma işlərinin aparılması məqsədilə 16.04.2026-cı il tarixdə saat 10:00-dan etibarən Suraxanı rayonu üzrə “MİDA” yaşayış kompleksinin və “Sahil” yaşayış massivinin, Sabunçu rayonu üzrə isə Zabrat-1 qəsəbəsinin, Neftçilər və Nərimanov küçələrinin qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq”, – deyə məlumatda qeyd olunub.