ABŞ-nin növbəti hədəfi – Həyəcanlı açıqlama

pEhWSRPFAfJdhimnVdhf1IVkQLas93tLHweketx9_1200

Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen adanın Amerika Birləşmiş Ştatlarının növbəti hədəfi ola biləcəyini istisna etməyib.

Xia.az  xəbər verir ki, siyasətçi bu barədə NBC telekanalına müsahibə verərkən danışıb.

Hökumət rəhbəri diqqətə çatdırıb ki, Ağ Ev adanı ələ keçirmək cəhdlərindən əl çəkmir və bu vəziyyət artıq yerli əhali arasında kəskin qorxu, eləcə də qəzəbə səbəb olur. Nilsen Qrenlandiyanın satış obyekti olmadığını qəti şəkildə bəyan edib:

“Əgər onlar (ABŞ) bizim infrastrukturumuza qarşı hər hansı bir addım atarlarsa, təbii ki, biz buna hazır olmalıyıq”.