ABŞ İranı növbəti dəfə hədələdi
Amerika Birləşmiş Ştatlarının hərbi qüvvələri İranın dəniz blokadasını davam etdirərək, Tehranın yanlış addım atacağı təqdirdə ölkənin enerji infrastrukturuna hücum edə bilər.
Xia.az xəbər verir ki, bu bəyanatla ABŞ-nin hərb naziri Pit Heqset mətbuat konfransı zamanı çıxış edib. Onun sözlərinə görə, mövcud uğurlu blokada tələb olunan müddət ərzində qüvvədə qalacaq:
“Amma əgər İran səhv seçim etsə, o zaman onu blokada ilə yanaşı, infrastrukturun, elektrik stansiyalarının və enerji obyektlərinin bombalanması gözləyir”.