“Azərkosmos”un nizamnamə kapitalı artırılıb
Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) Nizamnamə kapitalında dəyişiklik olunub.
Xia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, “Azərkosmos”un nizamnamə kapitalı 473 milyon 605 min 880 manatdan 567 milyon 605 min 880 manata çatdırılıb.