ABŞ-nin Bakıdakı səfirliyi əşyalarını və avtomobillərini satışa çıxarır

hərrac(2)_1200

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi istifadədə olmuş əmlakların satışı üçün növbəti onlayn hərracını elan edib.

Xia.az  xəbər verir ki, hərrac platformasında müxtəlif kateqoriyalar üzrə mallar, o cümlədən nəqliyyat vasitələri, mebellər və elektron avadanlıqlar təklif olunur.

Səfirliyin rəsmi məlumatına görə, Bakı üzrə növbəti hərrac sessiyası 20 aprel 2026-cı il, saat 10:00-da başlayacaq və 22 aprel 2026-cı il, saat 12:00-da başa çatacaq.

Hərracda iştirak edənlər aşağıdakı kateqoriyalarda məhsullar üçün qiymət təklifi verə bilərlər:

– Nəqliyyat vasitələri: İstifadə olunmuş xidməti avtomobillər.

– Məişət avadanlıqları: Soyuducular, paltaryuyan maşınlar və s.

– İT və texnika: Kompüterlər, monitorlar və telekommunikasiya cihazları.

– Mebel: Ofis və ev üçün müxtəlif mebel dəstləri.