Arda Gülerdən “Real Madrid” azarkeşlərinə çağırış

hbHYxiIHT1Uai5bZweNyVUvrP1bBdtCUP9MD7N9T_1200

İspaniya nəhəngi “Real Madrid”in gənc yarımmüdafiəçisi Arda Güler komandasının UEFA Çempionlar Liqası ilə vidalaşmasına münasibət bildirib.

Xia.az  xəbər verir ki, istedadlı türkiyəli futbolçu məyusluğunu şəxsi sosial şəbəkə hesabında etdiyi paylaşımla ifadə edib:

“Bu, belə olmamalı idi. Çox üzr istəyirik. Geri qayıdacağıq. Madrid, davam et”.

Xatırladaq ki, “Real Madrid” Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmasında “Bavariya”ya 3:4 hesabı ilə məğlub olaraq turniri tərk edib.

Həmin gərgin görüşdə Arda Güler iki dəfə fərqlənərək dubl edib. Lakin matç başa çatdıqdan dərhal sonra o, baş hakimə kəskin etiraz etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılıb.