Azərbaycan Avropa çempionatında növbəti medalını qazandı
Azərbaycan cüdoçusu Turan Bayramov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Xia.az “Report”a istinadən xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə Rusiya təmsilçisi Abdullah Parçiyevə qalib gəlib.
Qeyd edək ki, daha əvvəl Əhməd Yusifov (60 kq) bürünc mükafata sahib çıxıb. Avropa çempionatı aprelin 19-da başa çatacaq.