Türkiyədə məktəbdə qətliam törədən şagirdin poliqonda görüntüləri yayılıb

AIEkOsfuUek8DwJ6EBvFHkj8TNCG2TTOWfhiOR7E_1200

Türkiyənin Kahramanmaraş vilayətinin Onikişubat rayonundakı məktəbə silahlı hücum edərək 10 nəfəri öldürüb 20 nəfəri də də yaralayan İsa Aras Mersinlinin yeni görüntüləri yayılıb.

Xia.az “Sabah” qəzetinin “X” sosial şəbəkə hesabına istinadən xəbər verir ki, görüntülərdə İsa Aras atası ilə birlikdə poliqonda tapançadan atəş açır.

Atasının İsa Arasa atəş təlimi keçdiyi qeyd edilir.