Azər Hacıyevə yüksək vəzifə verildi

təyinat_1200

Mingəçevir Şəhər İcra Hakimiyyətində yeni təyinat olub.

Xia.az-ın məlumatına görə, bu barədə icra başçısı İlham İsmayılov əmr imzalayıb. İcra başçısının əmri ilə Azər Hacıyev qurumun Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdir müavini və Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri vəzifələrinə təyin olunub.

A.Hacıyev bu təyinata qədər icra hakimiyyətində mütəxəssis və baş mütəxəssis vəzifələrində çalışıb.