Nərimanov rayonunda qurumuş ağacların yerinə yeniləri əkilib

4WtJpw0rrrg8mx82YdrEF0gFgPsApBc6lfZeUmV0_1200

“Qurumuş və qəzalı ağacların götürülməsi istənilən ölkədə, istənilən şəhərdə baş verən təbii prosesdir. Məlumdur ki, ağaclar canlı aləmə məxsusdur və onların bioloji ömrü mövcuddur. Bundan əlavə, torpağın münbitliyi, insan amili, aqrotexniki qulluq və digər faktorlar da ağacların vəziyyətinə təsir göstərir. Bu səbəbdən ağacların quruması halları müşahidə olunur”.

Xia.az -ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin (DETX) rəisi Hikmət Əlizadə jurnalistlərə verdiyi açıqlamada bildirib ki, bu proses tam normal və labüd xarakter daşıyır,

Nərimanov rayonu ərazisində yerləşən quru ağacların götürülməsi də eyni vəziyyətdən irəli gəlib.

Xidmət rəisinin açıqlamasına görə, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 40 ünvanında Nərimanov Bələdiyyəsinin müraciəti əsasında vətəndaşlar üçün təhlükə yaradan quru ağacların götürülməsi ilə bağlı ETSN-in Dövlət Ekoloji Ekspertiza Agentliyinin (DEEA) rəyi alınıb və müvafiq şərtlər daxilində ağacların götürülməsinə, əvəzinə isə yeni ağacların əkilməsinə icazə verilib. Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi (BŞYTB) tərəfindən müvafiq prosedur qaydalara tam uyğun olaraq quru ağaclar götürülüb və yerinə yeni ağaclar əkilib:

“Onu da qeyd edim ki, kəsilmiş bu quru ağaclar 2026-cı il yanvarın 19-da qeydiyyata alınaraq etiket vurulmuş və inventarlaşdırılaraq “agac.az” saytında yerləşdirilmişdi.

Təbii ki, götürülən kimi dərhal yerinə yeni ağacların əkilməsi mümkün olmur. Əvvəlcə kötüklər çıxarılmalıdır. Bu səhər BŞYTB tərəfindən kötüklər çıxarılıb və ərazidə yeni ağacların əkilməsi həyata keçirilib. Bir daha qeyd edirəm ki, bu, normal prosesdir və şəhərdə yaşıllıq faizinin azalmasından söhbət gedə bilməz. Proses dövlət nəzarəti altında həyata keçirilir”.

H.Əlizadə əlavə edib ki, quru ağacların götürülməsi təhlükəsizlik baxımından xüsusilə mühüm əhəmiyyət daşıyır:

“Son vaxtlar intensiv yağışlar və küləkli hava şəraiti nəticəsində ağacların aşması, insanların və avtomobillərin üzərinə düşməsi kimi hallar baş verir. Bu səbəbdən təhlükə yaradan quru ağacların götürülməsi vacib tədbirlərdən biridir”.

Ərazidə əvvəlki vəziyyət:

Nərimanov rayonunda qurumuş ağacların yerinə yeniləri əkilib - FOTO
Nərimanov rayonunda qurumuş ağacların yerinə yeniləri əkilib - FOTO
Nərimanov rayonunda qurumuş ağacların yerinə yeniləri əkilib - FOTO
Nərimanov rayonunda qurumuş ağacların yerinə yeniləri əkilib - FOTO
Nərimanov rayonunda qurumuş ağacların yerinə yeniləri əkilib - FOTO