Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün ayrılmış kvota yeri dolub

rFXeR4OWRdyDb5VatvolKlwdN4o2z2cH3xgwZTSI_1200

“Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən ayrılmış kvota yeri dolub”.

Bu barədə Xia.az a QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

QMİ rəsmisi bildirib ki, Həcc üçün qurum 1 150 kvota yeri ayırıb.

O qeyd edib ki, Həcc ziyarətinə yollanan azərbaycanlı zəvvarların ilk təyyarəsi mayın 17-də uçacaq. İlk zəvvar qrupu 180 nəfərdən ibarət olacaq.

Xatırladaq ki, 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6 100 ABŞ dolları müəyyən edilib.