Britaniya və Fransa Hörmüzdə təhlükəsizlik üzrə missiya yaratmaq qərarına gəliblər

MY4MIDORGZPTHIFvdywu41cnu74zq0fymBx5BJY7_1200

“Fransa və Böyük Britaniya Hörmüz boğazında gəmiçilik sərbəstliyini təmin etmək üçün çoxmillətli missiyaya rəhbərlik edəcəklər”.

Xia.az  “Kommersant” nəşrinə istinadən xəbər verir ki, bunu Baş nazir Kir Starmer bildirib.

Onun sözlərinə görə, 10-dan çox ölkə şərait imkan verən kimi missiyada iştirak etməyə razılaşıb.

“Bu, kommersiya gəmiçiliyinin təhlükəsizliyini təmin etməyə və minalardan təmizlənməyə dəstək verməyə yönəlmiş müstəsna sülhməramlı və müdafiə missiyası olacaq”, – deyə Starmer Parisdə 49 ölkə nümayəndəsinin görüşü zamanı bildirib.

Emmanuel Makron respublikanın hərbi dəniz qüvvələrinin Şərqi Aralıq dənizi və Qırmızı dənizdə yerləşən bəzi gəmilərini göndərməyə hazır olduğunu bəyan edib.

“Biz hamımız istənilən məhdudiyyətlərin, mahiyyət etibarilə boğaz üzərində nəzarəti bərqərar etmək cəhdinə bərabər olan hər bir addımın və təbii ki, boğazdan keçid üçün istənilən ödəniş toplama sisteminin əleyhinəyik”, – deyə Makron vurğulayıb.