Avropa səmasında həyəcanlı anlar: Pilot kabinədə huşunu itirdi

cM6eUA2ssfUQDXlbggaZsK8LTRBrbHO7hFTH9EhN_1200

Göyərtəsində 87 sərnişin olan təyyarənin pilotu Avropa səmasında huşunu itirib.

Xia.az  xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Hadisə Rumıniyanın TAROM aviaşirkətinə məxsus, Niderlanddan Rumıniyaya qayıdan reys zamanı baş verib.

Məlumata görə, 57 yaşlı ikinci pilot uçuşdan təxminən 50 dəqiqə sonra, təyyarə Avropa üzərində havada olarkən özünü pis hiss edib. O, birbaşa pilot kabinəsində huşunu itirib.

Hava gəmisinin komandiri fövqəladə vəziyyət elan edib və Buxarestdə enişdən dərhal sonra tibbi yardım istəyib. Sərnişinlər təyyarədən təxliyə olunublar, pilota isə hadisə yerinə gələn həkimlər yardım göstəriblər.

Mütəxəssislər müəyyən ediblər ki, ikinci pilot reysdən əvvəl bütün gecəni yatmayıb. Buna baxmayaraq, o, özünü normal hiss etdiyini bildirərək işə çıxıb.

Hadisədən sonra pilotun uçuşlara buraxılışı məhdudlaşdırılıb. O, bundan sonra yalnız gücləndirilmiş ekipaj tərkibində, gecə reysləri və uzunmüddətli uçuşlar olmadan çalışa biləcək.