Milyonlarla istifadəçi “ChatGPT”yə girə bilmir
Amerikanın “OpenAI” şirkətinə məxsus xidmətlərin, o cümlədən “ChatGPT”nin fəaliyyətində genişmiqyaslı nasazlıqlar qeydə alınıb.
Xia.az xəbər verir ki, bu barədə “Downdetector” platforması məlumat yayıb.
Məlumata görə, ən çox şikayət Böyük Britaniyadan daxil olub – 7 600-dən çox istifadəçi xidmətdən istifadə zamanı problemlə qarşılaşdığını bildirib.
Bundan əlavə, nasazlıqlar Almaniyada (5 800), Fransada (3 600), İspaniyada (2 100), ABŞ-də (1 800) və Belçikada (1 300) qeydə alınıb.