Gözəllik salonunda işçi QƏFİL ÖLDÜ

NHo8ea7fMpGNRdgmwz3h75BZDi8usPSP03ZMIuVx_1200

Abşeron rayonunda ölüm hadisəsi qeydə alınıb.

Xia.az  “Teleqraf”a istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsində yerləşən qadın gözəllik salonlarından birində baş verib.

1997-ci il təvəllüdlü Surxay Rəhimov işlədiyi zaman qəfildən halı pisləşib və o, hadisə yerindəcə vəfat edib.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.