Narkotik satışında ittiham edilən tiktokerə hökm oxunub - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Narkotik satışında ittiham edilən tiktokerə hökm oxunub

Narkotik satışında ittiham edilən tiktoker Zeynəb ən-Nəiminin barəsində olan cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Xia.Az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Zeynəb Ən-Nəimi 5 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı onun 7 il müddətində azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Zeynəb ən-Nəimi polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb və ona Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?