Yeniyetməyə qarşı əxlaqsızlıq edən molla həbs edildi - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Yeniyetməyə qarşı əxlaqsızlıq edən molla həbs edildi

Naxçıvan Muxtar Respublikasının kəndlərindən birində yeniyetmə qıza qarşı əxlaqsız hərəkətlər etmiş molla cinayət məsuliyyətinə cəlb edilib.

Xia.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Naxçıvan MR Dini Qurumlarla İş üzrə İdarəsinin kənd üzrə molla-mükəbbiri 1984-cü il təvəllüdlü Hətəm Zeynalova (ad və soyad şərtidir) Cinayət Məcəlləsinin 153.1-ci maddəsi (16 yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər) maddəsi ilə iş açılıb.

Araşdırmalarla müəyyən edilib ki, evli olan din xadimi işlədiyi kəndin məscidində təmizlik işlərinə kömək edən 14 yaşlı qıza qarşı bir neçə dəfə əxlaqsız hərəkətlər edib, ona telefon və mobil nömrə hədiyyə edib, həmçinin Naxçıvan şəhərində onunla görüşərək vaxt keçirib.

Məhkəmənin 21 yanvar tarixli hökmü ilə Hətəm Zeynalova 1 il 6 ay həbs cəzası verilib. Onun vəzifə tutmaq hüququ da 1 il 6 ay müddətinə məhdudlaşdırılıb.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?