NATO-nun baş katibi müttəfiqlərə çağırış etdi
NATO-nun baş katibi Mark Rütte müttəfiqləri Rusiya və Ukrayna münaqişəsi, İrandakı müharibə və Çinin nüvə ekspansiyası səbəbindən alyansın çəkindirmə potensialını gücləndirmək üçün müdafiə sənayesində istehsalı birgə artırmağa çağırıb.
Xia.az bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir.
“Avropa və Şimali Amerikada bir milyard insanın təhlükəsizliyini təmin etmək təkcə NATO və müttəfiq silahlı qüvvələrin vəzifəsi deyil. Bizim sənayemiz də burada məsuliyyət daşıyır. Rusiya və Ukrayna münaqişəsi davam edir, Çinin hərbi modernizasiyası və nüvə ekspansiyası davam edir, İran isə terror və xaos yayır”, – deyə o bildirib.
Baş katib qeyd edib ki, təhlükəsizlik üçün təkcə pul kifayət deyil və alyansı hava hücumundan müdafiə sistemləri, dronlar, sursatlar və radarlarla təmin etmək lazımdır.