Avtomobil ağaca çırpılıb, sürücü ölüb

JdoikZzNdnrNV6fmSbmGI1uVID9ZSiqXdmJLQXIn_1200

Dekabrın 30-da saat bir radələrində Qax rayonu ərazisində VAZ-21099 avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.

Oxu.Az-ın məlumatına görə, qəza nəticəsində sürücü, 1985-ci il təvəllüdlü Tural Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.