ABŞ-nin İranla müharibədə istifadə etdiyi “Tomahawk” raketlərinin sayı açıqlandı
ABŞ İranla müharibə zamanı indiyədək Vaşinqtonun malik olduğu “Tomahawk” qanadlı raketlərinin üçdəbirindən çoxunu, THAAD və “Patriot” kompleksləri üçün nəzərdə tutulmuş raketlərin isə yarısını sərf edib.
Xia.az TASS-a istinadən xəbər verir ki, bu məlumatları ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Pet Rayan təqdim edib.
“Əsasən müharibənin ilk dörd həftəsində biz çox böyük sayda uzaqmənzilli raketdən istifadə etdik – mindən çox JASSM raketi ki, bu da arsenalımızın 20%-ni təşkil edir, 850-dən çox “Tomahawk”‘ raketi, yəni arsenalımızın 30%-dən çoxu. Biz ildə 80 “Tomahawk” raketi istehsal edirik. Beləliklə, dörd həftə ərzində, indiki istehsal templəri ilə götürsək, 10 illik “Tomahawk”ehtiyatı tətbiq edilib”, – deyə deputat Konqresdəki dinləmələr zamanı bildirib.