Almaniya millisi mundialdan qabaq hüсumçusunu itirdi

gR2MXI5PYZxy99Ak3qQlmDGPiN1UAEqmMcyBqBFq_1200

“Bavariya” futbol klubunun və Almaniya millisinin hücumçusu Serj Qnabri 2026-cı il dünya çempionatını buraxacağını bildirib. Ötən günlərdə futbolçu sağ budundan zədə almışdı.

Xia.az  xəbər verir ki, Qnabri bu barədə sosial şəbəkə hesabında yazıb.

“Son bir neçə gün çətin oldu. “Bavariya”nın mövsümü davam edir və Bundesliqa çempionluğunu qazandıqdan sonra hələ uğrunda mübarizə aparılacaq çox şey var. Dünya çempionatına gəlincə… Təəssüf ki, mənim üçün hər şey bitdi. Bütün ölkə kimi, mən də uşaqları evdən dəstəkləyəcəyəm”, – deyə o vurğulayıb.

Xatırladaq ki, futbol üzrə dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada baş tutacaq.