Ləğv edilmiş Naxçıvan Qaz İstismar Xidmətinin əməkdaşlarının aqibəti bilindi

bI5CnU7FfxDLDrCzo9pbh8dRAgl703eoiXJOBDOn_1200

“Təsdiq edilmiş strategiyanın tətbiq planı üzrə yeni əməliyyat modelinə keçidlə əlaqədar idarəetmə mexanizminin təkmilləşdirilməsini və struktur bölmələrin fəaliyyətinin səmərəliliyinin artırılmasını təmin üçün SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin müvafiq əmri ilə qurumun tabeliyində Naxçıvan Regional Qaz İstismarı İdarəsi (RQİİ) yaradılıb. Qurum hüquqi şəxs statusuna malik olmayan təşkilatdır”.

Xia.az ın məlumatına görə, bunu “Azəriqaz” İB-nin Naxçıvan Muxtar Respublikasına təşkil etdiyi mediatur zamanı qurumun İstedadların idarə edilməsi və biznes tərəfdaşlığı departamentinin rəis müavini, departament rəisi vəzifəsini icra edən Murad Kərimov deyib.

O bildirib ki, həmin idarə üzrə vakant yerlərin komplektləşdirilməsi Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidmətində (QİX) işləyən işçilər hesabına təmin edilib:

“Bu məqsədlə yeni əməliyyat modelinin tələblərinə əsasən, idarənin aparatında və xidmət sahələrində struktur bölmələr yaradılıb. Əməkdaşlar icra etdikləri vəzifə və peşələrə uyğun olaraq peşəkarlıq fəaliyyətinin qiymətləndirilməsi prosesi çərçivəsində müvafiq imtahanlara cəlb ediliblər. Prosesin nəticələrinə əsasən əməkdaşlar mövcud vakant vəzifələrə yerləşdiriliblər. Hazırda Naxçıvan RQİİ-nin strukturu tam formalaşdırılıb və Naxçıvan QİX-in bütün əməkdaşları yeni strukturda işlə təmin olunublar”.

Qeyd edək ki, Naxçıvan Qaz İstismar Xidməti 2025-ci il dekabrın 2-də ləğv edilib.