Ağstafada məktəbdə BIÇAQLI İNSİDENT: 8-ci sinif şagirdi xəstəxanalıq oldu
Ağstafa rayonundakı məktəbdə baş verən bıçaqlanma hadisəsi ilə bağlı təhsil müəssisəsindən rəsmi açıqlama verilib.
Səadət Şükürova adına 3 nömrəli tam orta ümumtəhsil məktəbindən bildirilib ki, aprelin 21-də IX sinif şagirdi sözügedən təhsil müəssisəsində oxuyan VIII sinif şagirdinə aralarında yaranmış mübahisə zamanı yüngül xəsarət yetirib.
“Xəsarət almış şagird xəstəxanaya yerləşdirilib və müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Onun səhhəti məktəb rəhbərliyi tərəfindən nəzarətdə saxlanılır. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Şagirdlərin yeniyetməlik dövrü olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik”, – deyə qeyd edilib.