Xəzər dənizində yenidən zəlzələ oldu
Xəzər dənizində 3.2 maqnitudalı zəlzələ olub.
Xia.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 09:57-də qeydə alınıb. Zəlzələ ocağı 20 kilometr dərinlikdə yerləşib.


Qeyd edək ki, ötən gün də Xəzər dənizində 3.3 maqnitudalı zəlzələ qeydə alınıb.