Polis Beyləqanda maarifləndirilmə tədbiri keçirdi
Beyləqan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Dünyamalılar kənd 1 və 2 saylı tam orta məktəblərində təhsil alan şagirdlərin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib.
Görüşdə çıxış edən RPŞ-nin rəisi polis polkovniki Ceyhun Qurbanov yeniyetmələrin zərərli vərdişlərdən qorunmasının vacibliyini vurğulayaraq narkotik asılılığının insan həyatına və cəmiyyətə vurduğu zərbələr barədə məlumat verib. Bildirilib ki, belə risklərin qarşısının alınmasında profilaktik işlərin görülməsi mühüm rol oynayır. Şagirdlərlə aparılan söhbətlərdə düzgün seçimlər, təhlükəli mühitlərdən uzaq durma, məsuliyyət və davranış mədəniyyəti kimi mövzular ön plana çəkilib.
Tədbir çərçivəsində həmçinin internet məkanında baş verən dələduzluq halları, saxta mesajlar və şəxsi məlumatların qorunması ilə bağlı dolğun məlumatlar da verilib.
Sonda maraq doğuran suallar cavablandırılıb.


