NATO təlimlərində paraşütlə atılan milyonluq hərbi maşın MƏHV OLDU
NATO-nun hərbi təlimləri zamanı insident qeydə alınıb. Hərbçilər İspaniya Silahlı Qüvvələrinə məxsus “URO VAMTAC” yolsuzluq avtomobilini 300 metr hündürlükdən aşırıblar.
Xia.az xəbər verir ki, bu barədə “SHOT” “Telegram” kanalı məlumat yayıb.
Qeyd olunub ki, dəyəri təqribən 600 min avro (1.2 milyon manat) təşkil edən döyüş maşını təyyarədən paraşüt vasitəsilə aşağı atılıb. Yolsuzluq avtomobilinin normal şəkildə eniş edəcəyi planlaşdırılsa da, texnika yerə çırpılaraq tamamilə yararsız hala düşüb.