ABŞ-nin hərbi təyyarəsi Türkiyə səmasında qəza siqnalı verdi

yXdCvPIBp1UtyGn3AqoA2xUP45AEeK5aOQR6gEuc_1200

ABŞ-nin Hərbi Hava Qüvvələrinə məxsus təyyarə bu gün səhər saatlarında Türkiyənin hava məkanında qəza siqnalı verib.

Xia.az  xəbər verir ki, bu, “Flightradar24” xidmətinin məlumatlarından bəlli olur.

Bakı vaxtı ilə saat 8:51-də “RCH525” çağırış işarəsi olan təyyarə ümumi fövqəladə vəziyyətə işarə edən “7700” siqnalını ötürüb.

Uçuş izləmə məlumatlarına görə, təyyarə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) qalxıb və Türkiyənin İncirlik aviabazasına eniş edib.

Təyyarənin həyəcan siqnalı vermə səbəbi hələlik məlum deyil.