Misli Premyer Liqası: 29-cu tura start verilir

2NMH74x5bhKXtM2NOW9TuGrNhpnBi2mOdsv75BB4_1200


Bu gün futbol üzrə Misli Premyer Liqasında 29-cu tura start verilir.

Xia.az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.

Günün ilk qarşılaşmasında “İmişli” öz meydanında “Sumqayıt”ı qəbul edəcək. Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq qarşılaşma saat 16:00-da start götürəcək. “İmişli” klubu 28 turdan sonra 29 xalla doqquzuncu, “Sumqayıt” isə 35 xalla yeddinci yerdə qərarlaşıblar.

Günün digər qarşılaşmasında isə liqada qalmaq uğrunda mübarizə aparan “Qəbələ” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək bu maraqlı qarşılaşma saat 18:30-da başlayacaq. Qəbələ təmsilçisi 19 xalla turnir cədvəlində 11-ci, naxçıvanlılar isə 39 xalla altıncı yerdədirlər.

Qeyd edək ki, tura aprelin 27-də yekun vurulacaq.

25 aprel

16:00. “İmişli” – “Sumqayıt”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Alik Yunusov;

VAR: Elvin Bayramov;

AVAR: Müslüm Əliyev;

Hakim-inspektor: Anar Salmanov;

AFFA nümayəndəsi: Eldar Məmmədov;

Quba OİK stadionu.

18:30. “Qəbələ” – “Araz-Naxçıvan”

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev;

VAR: Vüqar Həsənli;

AVAR: Əkbər Əhmədov;

Hakim-inspektor: Orxan Məmmədov;

AFFA nümayəndəsi: Elçin Məmmədov;

Qəbələ şəhər stadionu.