ABŞ ordusu Sakit okeanda katerə zərbə endirdi: Ölənlər var

PJaRjnaXBBNEOy3k9Ooq9b7VG39TQhxjOwpuNJS8_1200

ABŞ ordusu Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçıları tərəfindən istifadə edildiyi ehtimal olunan katerə zərbə endirib.

Xia.az  xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) məlumat yayıb.

Bildirilib ki, əməliyyat zamanı iki nəfər həlak olub, ABŞ-nin hərbi qulluqçuları zərər görməyib.

“Kəşfiyyat məlumatları katerin Sakit okeanın şərq hissəsində məlum marşrut üzrə hərəkət etdiyini və narkotik qaçaqmalçılığı üçün istifadə edildiyini təsdiqləyib”, – deyə komandanlıqdan bildirilib.