Şəkidə ağır qəza: 49 yaşlı kişi xəsarət aldı, ahıl anası öldü

gI3pJPbsPp8NmK3o01elaROVtkSYoolySOUx3bAr_1200

Şəkidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xia.az -ın məlumatına görə, hadisə bu gün gecə saat 2 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Elsevər İsmayılovun idarə etdiyi “Mercedes” markalı avtomobil ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər – 49 yaşlı Rizvan İsmayılov və onun anası 68 yaşlı Tamilə İsmayılova xəsarət alıb. T.İsmayılova aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.