ABŞ-nin “Qiyamət günü radiosu”ndan sirli mesaj yayımlandı
ABŞ-nin qlobal hərbi rabitə sisteminin (HFGCS) efirində qeyri-adi mesaj qeydə alınıb.
Xia.az xəbər verir ki, bu barədə aif.ru məlumat yayıb.
Bildirilib ki, bu şəbəkə ali komandanlığın, o cümlədən nüvə silahının tətbiqi ilə bağlı əmrlər daxil olmaqla, təcili sərəncamların bütün dünyaya çatdırılması üçün istifadə olunur.
“Qiyamət günü radiosu” kimi tanınan qısadalğalı radiostansiya “BRADFIELD 6CWCH7 6CWCH7F7TGFSUUJF2TGFS” mesajını yayımlayıb.
Ötürülən mesajın məzmunu açıqlanmayıb. Bu cür siqnallar ənənəvi olaraq mütəxəssislərin diqqətini cəlb edir.